Mustafa Kamal Atatürkün həyatına qısa baxış



Mustafa Kamal Atatürk 1881-ci ilin 19 mayında Qərbi Trakya vilayətinin Selanik şəhərində anadan olub. Anası Zübeydə xanım Mustafa imamların dərs verdiyi məhəllə məktəbinə göndərmək istəsə də, atası Əli Rza bəy buna qarşı çıxmış və oğlunu sekulyar "Şəmsi Əfəndi Məktəbi"nə göndərib. Mustafa həyatı boyunca onu bu məktəbə göndərdiyi üçün atasına minnətdar olub.



1888-ci ildə atasını itirən Mustafa bir müddət anasının fermer olan ögey qardaşının yanında işləyir. Daha sonra isə Zübeydə xanım onun təhsilsiz qalacağını düşünüb geri çağırır və Mustafa məktəbi bitirir. Bundan sonra diplomat yetişdirən ali məktəblərin birinə daxil olsa da orda çox oxumur. Anasının qarşı çıxmasına baxmayaraq hərb məktəbinə daxil olur. Burda riyaziyyat müəllimi Mustafa Səbri bəy ona Kamal adını verir. 1896-1899-cu illərdə tarix müəlliminin təsiri ilə Mustafa Kamalın tarixə olan marağı artdı.

1897-ci ildə Osmanlı-Yunan mübaribəsinə könüllü olaraq qatılmaq istəsə 16 yaşlı tələbə olduğu üçün cəbhəyə gedə bilməyib.


 1902-ci ildə hərb məktəbini teğmen (leytenant) rütbəsi ilə bitirən Mustafa Kamal hərb akademiyasına davam edərək 1905-ci ildə "kurmay yüzbaşı" olaraq oranı da bitirdi.


1915-ci ilə qədər Osmanlı ordusundakı xidməti ilə məşhurlaşan zabit Mustafa Kamal, Çanaqqala mübaribəsi zamanında Avstraliya və Yeni Zellandiya ordularının Gelibolu yarımadasına irəliləməsinin qarşısını aldı.

Osmanlının çətin dönəmlərində Mustafa Kamal Paşa yenidən ordu, yaratmağa, vətənpərvər insanları ətrafında topladı. Həmin vaxtlarda o, xəstə idi və böyrəklərindən şikayət edirdi. Mustafa Kamal Paşa, "çətin də olsa, inanılmaz görünsə də bu insanlardan yeni ordu toplayıb düşmənə qarşı dirənəcəyik" deyirdi.


Elədi də... Osmanlı 1923-cü ildə Qurtuluş Savaşını qazandı. 24 iyulda Türkiyə ilə Qərb dövlətləri arasında imzalanan Lozanna müqaviləsi Türkiyə Cumhuriyyətinin təməli qoyuldu.


Qazi Mustafa Kamal Paşa 29 oktyabrda hakimiyyətə gəldi. 29 oktyabr 1923 seçkilərindən sonra üç dəfə daha prezident seçilən Atatürk, 1938-ci ildə həyatını dəyişib.

Prezidentliyi zamanında mədrəsələri yığışdırıb, bütün məktəbləri Milli Təhsil Nazirliyinə bağlayıb. Bu zamanlar Atatürkün əleyhinə xütbələr verən, ona qarşı qiyamlar qaldıran mollalar olsa da sonradan o hamı tərəfindən qəbul edilib. Mustafa Kamal Atatürk prezidentliyi dönəmində mühafizəsiz gəzib və heç bir zaman rəsmi xarci səfərlərə getməyib.

https://az.wikipedia.org/wiki/Mustafa_Kamal_Atat%C3%BCrk

Yorumlar